Tayvanın yeni prezidenti bəyanatla çıxış edir

Tayvanın yeni prezidenti bəyanatla çıxış edir

Tayvan Hind-Sakit Okean regionunda sülh, demokratiya və rifahın təşviqinə sadiqdir və ölkə bundan sonra da ABŞ ilə birgə çalışacaq.

SİA-nın əldə etdiyi məlumata görə. bu sözləri prezident seçkilərində qalib gələn Lai Qingde X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Qingde bu yazısı ilə ABŞ dövlət katibi Antoni Blinkenin seçkidə qələbəsi münasibətilə təbriklərinə cavab verib.

...Tayvan-ABŞ tərəfdaşlığı bizim ümumi dəyərlərimiz və maraqlarımızla müəyyən edilir.

Bunu da Tayvan lideri deyib.

Qeyd edək ki, Tayvanda prezident seçkiləri şənbə günü, yanvarın 13-də başa çatıb. Hakim Demokratik Tərəqqi Partiyasının 64 yaşlı lideri Lai Qingde xalqın 40 faizdən çox səsini toplayaraq yarışın qalibi olub.

Tayvanın yeni prezidenti Çin hakimiyyəti ilə dialoqa hazır olduğunu da bəyan edib, lakin yalnız qarşılıqlı hörmət və bərabərlik şərti ilə.

Çin materikinin səlahiyyətliləri isə adanın müstəqilliyinin qarşısını almağa söz verdilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə