...Rusiyanın bir çox bölgələrində temperatur -35°C-ə düşüb. Hə, belə görünür ki, Rusiyalı başbilənlər soyuq havadan Ukraynada zəifləmiş qoşunları artırmaq üçün istifadə etmək qərarına gəliblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Bild yazır ki, bu gün Rusiyadakı bir çox koloniyalarda isitmə sistemləri söndürülür ki, məhbuslar müharibəyə getməyə daha həvəsli olsunlar.
Deyilənlərə görə, rusların bu tapıntısı artıq effekt verməkdədir.
Beləliklə, həbsxanalardakı şərait dözülməz olmalıdır ki, oradakı kişilər, qeyrətə gəlib Ukraynaya getsinlər.
Qeyd edək ki, bu gün Rusiyada üç qrup əhali var ki, onların əksəriyyəti cəbhədə öləndə onlara rəhm edilmir.
...Bunlar məhbuslar, Moskvadan uzaqda yoxsul bölgələrdə yaşayan milli azlıqlar və yeni vətəndaşlar, yəni miqraqntlardır.
Əslinə qalanda bu gün Ukraynada öldürülən heç bir Rusiya vətəndaşına rəhm edilmir.
Deyilənlərə görə, yuxarıda sadaladığımız bu üç qrup Ukraynada döyüşüb öləndən sonra halda, Putin qalanları üçün normallıq illüziyası yarada bilər? Deyim ki, bu da inandırıcı görünmür.
... Ümumiyyətlə, məhbus bölmələrinin uğurları kifayət qədər məhduddur, bunu cəbhədəki cari hadisələrdən də görə bilərik. Sadəcə olaraq, məhbuslar kütləvi şəkildə Ukraynada cəbhə xəttinə göndərilir və orada qurban verilir.
Bu arada “Oturan rus” layihəsinin təsisçisi Olqa Romanovanın sözlərinə görə, Rusiya həbsxanalarına qadın məhbuslar daha çox cəlb olunur.
Romanova, hazırda Ukraynada 1000-ə yaxın rusiyalı məhbus qadının döyüşdüyünü deyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB