ABŞ vətəndaşı qeyri-qanuni miqrantlar üçün mərkəzdə ölüb

“Kommersant”ın məlumatlılara istinadən verdiyi xəbərə görə, Soçi məhkəməsinin ölkəyə giriş qaydalarını pozduğuna görə Rusiyadan xaric edilməsinə qərar verdiyi ABŞ vətəndaşı Ernest Harri Mitçel Krasnodar diyarının Qülkeviçski rayonunda əcnəbilərin müvəqqəti saxlanma məntəqəsində dünyasını dəyişib. mənbə.

SİA xəbər verir ki. bu məlumatı RİA Novosti də öz mənbəsinə istinadən yayıb.

Qəzetin təhlükəsizlik güclərindəki həmsöhbəti hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Onun sözlərinə görə, 56 yaşlı Mitçelin meyiti dekabrın 4-nə keçən gecə əcnəbilər üçün mərkəzin binalarından birində tapılıb. İlkin məlumata görə, o, intihar edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə