İsrail Qəzza zolağının şimalında HƏMAS-ın məhv edildiyini deyir

İsrail Qəzza zolağının şimalında HƏMAS-ın məhv edildiyini deyir

...İsrailin müdafiə naziri Yoav Qallant, HƏMAS-ın Qəzza zolağının şimalına nəzarəti itirdiyini bildirib.

“HƏMAS-ın İsrail müdafiə qüvvələrini dayandırmağa qadir heç bir qüvvəsi yoxdur. İsrail müdafiə qüvvələri hər nöqtədə irəliləyir. HƏMAS Qəzza zolağına nəzarəti itirib. Terrorçular cənuba qaçırlar. Mülki şəxslər HƏMAS-ın bazalarını qarət edirlər. Onların onun hökumətinə heç bir etimadı yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, Qallant bunu döyüşləri qiymətləndirdikdən sonra deyib.

O, İsrail qüvvələrinin planlaşdırıldığı kimi irəlilədiyini və missiyaları dəqiq və ölümcül şəkildə yerinə yetirdiyini bildirib.

Bundan əlavə, Qallant, İsrail Qüvvələrinin son günlər qrupun tunellərinə qarşı səylərini gücləndirdiyini bildirib.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti, həmçinin İsrail qüvvələrinin Qəzza zolağının şimalında HƏMAS hərbi strukturlarını faktiki olaraq məhv etdiyini bildirib.

...İndiyədək İsrail Qüvvələri Qəzza zolağının şimalında quru döyüşləri aparırdı. İsrail Qüvvələrinin quru qoşunları terror təşkilatının bir neçə batalyonunun yerləşdiyi ərazilərdə döyüşür. Hazırda Qəzza zolağının şimal hissəsində HƏMAS-ın hərbi strukturları faktiki olaraq mütəşəkkil şəkildə fəaliyyətini dayandırıb.

Bu da İsrail tərəfinin hesabatlnda bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə