Rusiya Federasiyası Hökuməti hərbi qeydiyyatla bağlı müddəalara dəyişiklik edib. Onlar həbs cəzası çəkən ruslara aiddir. Qanuni aktların əks olunduğu saytda dərc olunan fərmana əsasən, artıq məhkumlar xüsusi hərbi uçota alınacaqlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, cəza çəkən vətəndaşların hərbi qeydiyyata alınmadığı yarımbəndlər qüvvədən düşmüş hesab edilir. Siyahıların tərtibinə məsul cəzaçəkmə koloniyalarının və istintaq təcridxanalarının yerləşdiyi ərazi üzrə hərbi komissarlıqlar təyin edilib. Qeydiyyatın şəxsi görünüş, tibbi müayinə və psixoloji seçim olmadan aparılacağı dəqiqləşdirilir.
Azadlıqdan məhrum etmə növündə cəza çəkən vətəndaşların xüsusi hərbi qeydiyyata alınması, xüsusi hərbi uçotdan çıxarılması və xüsusi hərbi uçot sənədlərinə dəyişikliklərin edilməsi həmin vətəndaşlar hərbi komissarlıqlara şəxsən gəlmədən onlar haqqında məlumatların hərbi uçot reyestrinə daxil edilməsi yolu ilə həyata keçirilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB