Rusiyada üz tanıma sistemli kameraların sayı 500 mini keçib

Rusiyada üz tanıma sistemli kameraların sayı 500 mini keçib

...Rusiyada üz tanıma sisteminə qoşulmuş videokameraların sayı yarım milyonu ötüb. Bu məlumatlara görə, vətəndaş izləmə sistemi artıq ölkənin 62 rayonunda tətbiq edilib və yaxın gələcəkdə onun ərazisinin dörddə üçünə təsir edə bilər.

Üz tanıma sistemi olan kameraların sayına görə lider Moskvadır və onun küçələrində 216 min belə cihaz quraşdırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Moskva Tayms” qeyd edir ki, paytaxtda videomüşahidə demək olar ki, ümumiləşib: o, yaşayış sahəsinin 90 faizini və ictimai yerlərin 74 faizini əhatə edir.

Yeri gəlmişkən, Rusiya hakimiyyəti müxalifətçilərə nəzarət etmək və vətəndaş fəallığını yatırtmaq üçün üz tanımadan getdikcə daha çox istifadə edir. Belə ki, son bir ildə Moskva metrosunda videokameralardan istifadə etməklə yüzlərlə fəal, müxtəlif vaxtlarda etiraz aksiyalarında iştirak etmiş vətəndaşlar, bloggerlər və müstəqil jurnalistlər saxlanılıb

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə