Pakistan XİN rəhbəri çinli həmkarı ilə görüşüb

Pakistan XİN rəhbəri çinli həmkarı ilə görüşüb

Çinin xarici işlər naziri Vanq Yi Pakistandakı müvəqqəti hökumətin xarici işlər naziri Cəlil Abbas Cilani ilə görüşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Vanq Tibet Muxtar Bölgəsinin Ninqçi şəhərində keçirilən 3-cü Trans Himalay Forumu çərçivəsində pakistanlı həmkarı ilə görüşüb.

Vanq Yi görüş zamanı bu il “Bir kəmər və yol” təşəbbüsü layihəsinin və bu çərçivədə Çin-Pakistan İqtisadi Dəhlizinin işə salınmasının 10-cu ildönümü olduğunu xatırladaraq deyib: “Ümid edirik ki, inkişafı yaxşılaşdıracaq daha çox dəhliz yaradılacaq”.

Pakistanın müvəqqəti hökumətinin baş naziri Ənvarul Hak Kakarın bu ay “Bir Kəmər və Yol” Forumu üçün Çinə səfərini müsbət qarşıladıqlarını ifadə edən Vanq Yi Çinin modernləşmənin yaratdığı imkanları Pakistanla bölüşməyə hazır olduğunu vurğulayıb.

Nazir Jilani isə öz növbəsində Çin-Pakistan İqtisadi Dəhlizinin Pakistanın iqtisadi transformasiyasını həyata keçirməsinə imkan verdiyini bildirib və Çinlə əlaqələrin inkişaf etdirilməsinin Pakistanın xarici siyasətinin daimi təməl daşı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə