Axtunq! Axtunq! Mariya Zaxarovadan Annalena Berboka çağırış...

Axtunq! Axtunq! Mariya Zaxarovadan Annalena Berboka çağırış...

...Mariya Zaxarova Çin lideri Si Cinpin haqqında söylədiyi sözlərdən sonra Almaniyanın xarici işlər naziri Annalena Berboku təcili olaraq “itirilmiş ağlını başına yığmağa” çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün, sentyabrın 15-də öz Teleqramında müvafiq yazı dərc edib.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Çin prezidenti Si Cinpini “diktator” adlandıran Annalena Berbokun açıqlamalarına ironik reaksiya verib.

Almaniya diplomatiyasının rəhbərinin gəldiyi nəticəni şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Berbokun “itirilmiş ağlını” tapanları təcili olaraq sahibinə qaytarmağa çağırıb: “Axtunq! Axtunq! Kim Almaniyanın Xarici İşlər Naziri Berbokun itirdiyi ağlını taparsa, təcili olaraq sahibinə verin - o, hər gün pisləşir”.”

Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Annalena Barbok “Fox News” telekanalına müsahibəsində Ukraynanın Rusiya ilə münaqişədə qələbəsinin “Si kimi dünyanın diktatorları üçün əlamət” olacağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə