İlin əvvəlindən Ukrayna Qərbdən 30 milyard dollar maliyyə yardımı alıb
Qərb ölkələri ilin əvvəlindən Ukraynaya 30 milyard dollar yardım edib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, Norveç, Yaponiya və digər G7 ölkələri ilə də uzunmüddətli maliyyələşdirməyə dair konkret sazişlər var.
Baş nazir vurğulayıb ki, tərəfdaşların makromaliyyə yardımı Kiyev hakimiyyətinə ordunun xərclərini ödəməyə imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB