Terror təşkilatı PKK peşmərgə qüvvələrinə hücum edib

Terror təşkilatı PKK peşmərgə qüvvələrinə hücum edib

Separatçı terror təşkilatı PKK İraqın Duhok şəhərində İraq Kürd Regional Rəhbərliyinin (KRG) peşmərgə qüvvələrinə hücum edib.

SİA xəbər verir ki, yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən, terror təşkilatı PKK səhər saatlarında Duhokun Amediye səbəsinin Dereluk bölgəsi yaxınlığında peşmərgə qüvvələrinə atəş açıb.
Hücumda Peşmərgə qüvvələri tərəfindən itki olmadığı bildirilib.
Son günlər PKK-nın peşmərgə qüvvələrinə qarşı hücumlarını intensivləşdirdiyi qeyd olunub.
İraq Kürd Regional Rəhbərliyinin Təhlükəsizlik Şurası iyulun 23-də Duhok şəhərinin Zaho rayonunda avtomobilin partlaması nəticəsində Şura üzvü general Məhəmməd Mirzənin ölümünə görə PKK-nın məsuliyyət daşıdiğını bildirmişdi.
Avqustun 7-də Dereluk yaxınlığında PKK tərəfindən partlayıcının işə salınması nəticəsində bir peşmərgə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə