İtaliyada havalar çox isti keçir...

İtaliyada havalar çox isti keçir...

İyulda qeydə alınan rekord istilik İtaliyanın cənub və mərkəzi bölgələrində ölüm hallarının 7 faiz artmasına səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İtaliya Səhiyyə Nazirliyinin hesabatında deyilir.

Sənəddə qeyd edilir ki, ən ciddi artım Neapol (+10 faiz), Bari (+50 faiz), Taranto (+42 faiz), və Kataniyada (+34 faiz) müşahidə edilir. Artım əsasən 75-84 yaş qruplarına aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə