İtaliyanın baş naziri Giorgia Meloni “Placebo” qrupunun solisti Brayan Molkonu məhkəməyə verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənni mahnı sözlərində italyan rəhbərliyi təhqir edib. Molkonun izləyicilərdən performansı çəkməməyi xahiş etməsinə baxmayaraq, həmin anın video lenti internetdə geniş surətdə yayılıb.
Molko LGBT hüquqlarını qorumaq çağırışı da daxil olmaqla müxtəlif mövzularda 10.000 pərəstişkarına müraciət edib.
Turin şəhər prokurorları hadisədən bir həftə sonra britaniyalı müğənni ilə bağlı araşdırmalara başlayıb.
Molkonun sözlərindən sonra yaranan reaksiya qrupun qastrol səfərinin davam edib-etməyəcəyini şübhə altına alıb. Lakin qrup avqustun 1-də İtaliyanın Sassari şəhərində səhnəyə çıxıb.
Qeyd edək ki, İtaliyanın cinayət məcəlləsinə görə, hökuməti, parlamenti və ya ordunu açıq şəkildə ləkələyən hər kəs 5000 avroya qədər cərimələnə bilər.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB