İranlı nazir vəzifəsindən istefa verib

İranlı nazir vəzifəsindən istefa verib

İranın gənclər və idman naziri Həmid Səccadi vəzifəsindən istefa verib. SİA xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, Səccadi vertolyot qəzası nəticəsində səhhətində yaranan problemlərə əsasən, istefa ərizəsini prezidentə təqdim edib.

Hazırda o, xəstəxanada müalicə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə