Müharibə başlayandan bəri 5 mindən çox rus hərbçisi əlil olub

Müharibə başlayandan bəri 5 mindən çox rus hərbçisi əlil olub

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan indiyədək 5127 nəfərdən artıq rusiyalı müharibədə aldığı yara səbəbindən əlil olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Federal Əlillik Reyestrinin saytında dərc edilən yazıda göstərilir.

Qeyd edilir ki, təkcə bu ilin may ayında 279 nəfər, iyun ayında isə 322 nəfər “hərbi” əlillik qeydiyyatına alınıb.

Yeri gəlmişkən, “Mediazona” qeyd edir ki, əlilliyin qeydiyyatı bir neçə ay çəkdiyindən əlillərin reyestrinin doldurulması real vaxtda cəbhədə ağır yaralananların sayını əks etdirmir.

Onu da qeyd edək ki, daha əvvəl ötən il Rusiyada ailə başçısını itirməyə görə pensiyaçıların sayının 2021-ci illə müqayisədə 9 min nəfərdən çox artdığı bildirilmişdi.

Xatırladaq ki, təqaüd alanların demək olar ki, hamısı Ukrayna müharibəsində həlak olan rus əsgərlərinin qohumlarıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə