Hindistanda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 41 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın şimalı güclü yağışlarla mübarizə aparır.
Rəsmilər, leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində həftə sonundan bəri ən azı 41 nəfərin öldüyünü açıqlayıb. Himaçal Pradeş əyalətinin baş naziri Suxvinder Sink Suku ştatda 31 nəfərin öldüyünü, gəlir və su ehtiyatları naziri Brahm Şankar Cimpa isə Pəncabda 10 nəfərin öldüyünü bildirib.
Suxu bildirib ki, əyalətə 6 helikopter yerləşdirilib və indiyədək 2000 nəfər ərazidən təxliyə edilib. Nazirlik həftənin sonunadək Pəncab, Haryana, Çandiqarh, Dehli, Racastan, Uttar Pradeş ştatlarında güclü yağışın olacağı barədə xəbərdarlıq edib. Mərkəzi Su Komissiyasının məlumatına görə, paytaxt Yeni Dehlidə Yamuna çayında suyun səviyyəsi 207,55 metrə çatıb və 1978-ci ildən bəri ilk dəfə olaraq ən yüksək daşqın səviyyəsini 207,49 metr keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB