Türkiyəyə Aİ ilə viza liberallaşdırması vəd edilib Ərdoğanın müşaviri
Ankara Avropa İttifaqına üzvlüklə bağlı danışıqların canlanmasını istəyir.
SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç "Nikkei Asia"ya bildirib.
Kılıçın sözlərinə görə, Ankara danışıqlar prosesinin canlanmasını istəyir və üzvlük istiqamətində üzərində işlənə biləcək müəyyən fəsillər var ki, bura viza rejiminin liberallaşdırılması və Gömrük İttifaqının yenilənməsi də aiddir: "Aİ ilə ticarətimiz 60% təşkil edir və buna görə də biz Aİ-dəki tərəfdaşlarımızla əməkdaşlıq üçün daha yaxşı bir atmosfer görmək istəyirik. Artıq vizanın liberallaşdırılması vəd edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB