Bütün Ukraynada hava xəbərdarlığı elan edilib. Bunu Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinin məlumatları sübut edir.
SİA-nın əldə etdiyi məlumata görə, siqnal Kiyevdə saat 21:18-də (Moskva vaxtı ilə üst-üstə düşür) səslənib və bir neçə dəqiqə sonra Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.
Daha əvvəl Nikolayev vilayətinin rəhbəri Vitali Kim Ukraynanın Oçakov şəhərində gecə saatlarında baş verən partlayışlardan sonra anbarda yanğının baş verdiyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB