Tokioda dəhşətli partlayış baş verdi

Tokioda dəhşətli partlayış baş verdi

Yaponiyanın paytaxtı Tokio fəlakətin astanasından dönüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, şəhərin ən sıx məhəllələrindən biri olan Şimbaşidə binanın ikinci mərtəbəsində partlayış baş verib. Partlayışdan sonra binada başlayan yanğın əraziyə sövq edilən çoxlu sayda yanğınsöndürən tərəfindən qısa müddətdə nəzarət altına alınıb. Hadisənin baş verdiyi müəssisənin bar kimi fəaliyyət göstərdiyi açıqlanıb.

Bildirilib ki, partlayış baş verən barın işçiləri və oradan keçən ərazi sakinləri də daxil olmaqla 4 yaralının həyatı üçün təhlükə yoxdur.

Hadisə yerində aparılan araşdırmada qazın sıxlığının normadan artıq olduğu, polisin qaz sızması ehtimalı üzərində dayandığı bildirilib. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə