...İlk taktiki nüvə yükləri Belarusa çatdırılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.
Eyni zamanda o, hazırda Rusiyanın nüvə silahından istifadə etməsinə ehtiyac olmadığını iddia edir. Yüklərin Belarusa köçürülməsi əməliyyatı ilin sonuna kimi başa çatacaq.
Qeyd edək ki, Putin Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahına malik olduğunu da bildirib.
Maraqlıdır ki, NATO-nun onlardan nüvə ehtiyatlarının azaltmasını təvəqqe etdiklərini bəyan edən Putin, “cəhənnəm olsunlar” deyə bildirib.
Yeri gəlmişkən, mayın sonunda Moskva və Minsk Belarus ərazisində Rusiya nüvə silahlarının yerləşdirilməsi haqqında sənəd imzalayıblar. Amma maraqlıdır ki, Lukaşenkonun dediklərinin əksinə olaraq, rusiyalı nazir Sergey Şoyqu Moskvanın Minskə silah verməsinə baxmayaraq, bu silahlardan istifadənin yalnız Kremlə məxsusluğunu da bildirib. Yəni bu silahlarla bağlı qərarı yalnız Moskva verə bilər.
Belarus Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edir, lakin hərbi əməliyyatlarda birbaşa iştirak etmir. Eyni zamanda, ölkədə Rusiya kontingenti və hərbi aviasiyası yerləşdirilib. Putinin sözlərinə görə, taktiki nüvə silahları üçün anbar iyulun 1-dək tikilməlidir.
Və bu silahların Belarusda yerləşdirilməsi planları ABŞ və onun NATO üzrə müttəfiqləri tərəfindən qınaqla qarşılanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB