Kiyev Uqledar yaxınlığında iki kəndin azad edildiyini deyir

Kiyev Uqledar yaxınlığında iki kəndin azad edildiyini deyir

Ukraynanın Oleksa Dovbuş adına 68-ci Əlahiddə Briqadası “Facebook”da Donetsk vilayətindəki Blaqodatnoye qəsəbəsinin Ukrayna hərbçiləri tərəfindən ələ keçirilməsini təsdiqləyən video yayımlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, videoda ukraynalı hərbçilər zədələnmiş binaya bayraq taxırlar. Qəsəbənin alındığı zaman Rusiya hərbçilərinin əsir götürüldüyü bildirilsə də, amma digər təfərrüatlar verilmir.

Bu arada Rusiya nümayəndələrinin eləcə də bir çox şərhçilərin fikrincə, Ukraynanın genişmiqyaslı hücumunun mərhələlərindən biri olan döyüşlərin başladığını bildirirlər.

Qeyd edək ki, Blaqodatnoye son günlərdə Ukrayna tərəfinin işğaldan azad olunduğunu rəsmən elan etdiyi ilk yaşayış məntəqəsidir.

Onu da qeyd edək ki, eyni istiqamətdə daha bir kəndin - Neskuçnoyenin tutulması barədə də xəbərlər var.

Bu kəndin ələ keçirilməsi ilə bağlı “Arey” könüllü dəstəsi məlumat yayıb. Ukraynanın “DeepState” teleqram kanalının onlara istinadla verdiyi məlumata görə, rus hərbçiləri kənddə yerləşən Vladimir İvanoviç Nemiroviç-Dançenkonun memorial əmlak muzeyini talan edərək dağıdıblar.

Maraqlıdır ki, Ukrayna qüvvələrinin real və ya xəyali uğursuzluqlarına diqqət yetirən Rusiyanın teleqram kanalları da bəzi xəbərləri real şəkildə işıqlandırırlar. Məsələn, onların bir çoxu bazar günü Neskuçnoye və Blaqodatnoyenin itkisini təsdiqləyiblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə