Zaporojye atom elektrik stansiyası zonasında hərbi fəallıq artacaq

Zaporojye atom elektrik stansiyası zonasında hərbi fəallıq artmaqdadır. Qeyd edək ki, Beynəlxalq Atom Agentliyinin rəhbəri Rafael Qrossi bununla bağlı artıq dünya ictimaiyyətinə xəbərdarlıq edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Qrossi bununla bağlı MAQATE-nin baş qərargahındakı təqdimatla çıxış edib.

Rus saytlarının yazdığına görə, Qrossi Avropanın ən böyük atom elektrik stansiyasına qarşı baş verə biləcək təxribatlarla bağlı danışsa da, amma o, gözlənilən təhlükəni Ukrayna Silahlı Qüvvələrinin adına yaraşdığını guya göstərməyib.

MAQATE rəhbərinin sözlərinə görə, stansiyada müfəttişlərin işi səmərəlidir,..cünki onların rotasiyasını məhz Rusiya təmin edir.

Lakin o, Ukrayna silahlı birləşmələri tərəfindən atom elektrik stansiyasının dəfələrlə atəşə tutulduğunu, yeddi halda təhlükəli enerji obyektinin xarici enerji təchizatı olmadığının ortaya çıxdığını və bunun da təcili dizel generatorları ilə Rusiya tərəfinən təmin edildiyini nədənsə demir?

Yox, bunu mən demirəm, rus tərəfi deyir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə