“Əks-hücum əməliyyatına hazırıq!”

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü, iyunun 3-də “The Wall Street Journal”a verdiyi müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazır olduğunu açıqlayıb.

Ukrayna lideri bunun nə qədər vaxt aparacağını və hər şeyin necə gedəcəyini bilməsə də, uğura əmin olduğunu bildirib.

“Biz uğur qazanacağımıza inanırıq. Nə qədər vaxt aparacağını bilmirəm. Düzünü desəm, tamamilə fərqli ola bilər. Amma biz bunu edəcəyik və etməyə hazırıq”

SİA-nın əldə etdiyi məlumata görə, Zelenski bunu məlum nəşrə müsahibəsində deyib.

O, həmçinin, Kiyevin əks-hücumdan əvvəl əlavə silahlar almaq istədiyini, lakin ölkəsinin bunu gözləyə bilməyəcəyini də bildirib.

Qeyd edək ki, Zelenski bir daha Rusiya Aerokosmik Qüvvələrinin havada üstünlüyünü dilə gətirərək, xarici silahverənlərindən daha çox hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri tələb edib.

Onu da qeyd edək ki, bundan əvvəl Zaporojye vilayətinin Ali Dövlət Administrasiyasının Baş Şurasının üzvü Volodimir Roqov Ukrayna hərbi qüvvələrinin Zaporojye istiqamətində növbəti hücuma keçmək məqsədi ilə zərbə qruplarının formalaşmasını başa çatdırdığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə