Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat telemarafonun efirində Ukraynanı yaxın gələcəkdə “F-16” təyyarələri ilə təmin etmək məntiqli olmadığını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Mayın 25-də ölkələrin Ramşteyn formatında görüşünün mümkün nəticəsini şərh edən İqnat deyib ki, “Ukraynaya fərdi qaydada təyyarələrin verilməsi düzgün deyil”.
“Bir ölkəyə təyyarə vermək mürəkkəb məsələdir. Bəzi ölkələr, hətta NATO üzvləri də onilliklərdir ki, təyyarə gözləyirlər. Bu məsələdə infrastruktur, pilotların, zabitlərin, mühəndislərin hazırlığı kimi şeylər birləşdirilməlidir”.
Bunu bəyan edən Yuri İqnat, həmçinin, təyyarələrin ölkənin hava hücumundan müdafiə sisteminin bir hissəsi olduğunu da əlavə edib.
Xatırladaq ki, 2023-cü il mayın 20-də Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan ABŞ-ın Ukraynaya “F-16” döyüş təyyarələri verməyi planlaşdırdığını bildirmişdi. Bundan sonra Ukrayna Müdafiə Nazirliyi “F-16”-ları bu payızda alacaqlarını açıqladı.
Qeyd edək ki, Yuri İqnatın dediyinə görə, tərəfdaşlar Ukraynaya bir neçə təyyarəni deyil, eyni anda bir neçə bölməni köçürə bilərlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB