Vladimir Putin bu gün Rusiya ilə Gürcüstan arasında gediş-gəlişi asanlaşdıracaq iki fərman imzalayıb. Xüsusilə, söhbət Rusiya aviaşirkətlərinə Gürcüstana uçmağa icazə verilməsindən və bu ölkənin vətəndaşları üçün vizaların ləğvindən gedir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq sənədlər mayın 10-da hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Rusiya prezidenti Vladimir Putin bu il mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. İndi onlar pasport, dənizçi kitabçası və ya Gürcüstana getdiklərini təsdiq edən səyahət sənədi əsasında viza vermədən Rusiyaya daxil ola biləcəklər.
Viza yalnız Rusiya ərazisinə işləmək və ya ölkədə 90 gündən çox müddətə müvəqqəti qalmaq məqsədi ilə gələn Gürcüstan vətəndaşlarından tələb olunacaq.
Həmçinin, Rusiya dövlət başçısı öz fərmanı ilə 2019-cu il iyulun 8-dən Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.
“Rusiya Federasiyası Prezidentinin 21 iyun 2019-cu il tarixli 287 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin”, - sənəddə deyilir.
“İzvestiya”nın Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həftədə bir dəfə Moskvadan Tbilisiyə və əks istiqamətdə yeddi birbaşa reys həyata keçiriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB