Ad gününə basqın edərək 4 nəfəri öldürdü

Ad gününə basqın edərək 4 nəfəri öldürdü

Bazar günü ABŞ-ın Alabama ştatında ad günü şənliyinə basqın edən silahlı 4 nəfəri öldürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeniyetmənin 16-cı ad günü şənliyinə təşkil edilən hücumda 28 nəfər yaralanıb. Məktəbin ulduz idmançıları arasında yer alan Phil Dowdell adlı şagirdin də həyatını itirdiyi yazılıb. ABŞ prezidenti Co Bayden qanunvericiləri silahlanmaya daha ciddi nəzarət etmək üçün qanun qəbul etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə