Ərdoğan Özbəkistan prezidentinə də “TOGG” bağışlayıb

Ərdoğan Özbəkistan prezidentinə də “TOGG” bağışlayıb

Türkiyənin ilk elektrik avtomobili olan “TOGG” artıq Özbəkistan prezidenti Şavkat Mirziyoyevə də göndərilib, Qeyd edək ki, Türkiyə prezidenti bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyevə də belə bir avtomobil hədiyyə edib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə prezidenti bunu İstanbulda keçirilən mitinqdə bildirib.

Rəcəb Tayyib Ərdoğan artıq Türkiyədə “TOGG” avtomobilləri sürdüyünü bildirib.

Türkiyə lideri, il ərzində ölkə sakinləri üçün ümumilikdə 20 mindən artıq belə avtomobil istehsal olunacağını bildirib. Xatırladaq ki, Azərbaycan prezidenti “TOGG”-u aprelin 4-də qəbul edib. İlham Əliyev bu hədiyyənin Bakı ilə Ankara arasındakı dostluq və qardaşlıq münasibətlərinə dəlalət etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə