Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən müdafiə sənayesi tədbirində son illərin ən yüksək iştirakı ilə Türkiyə müdafiə sənayesi yerini alıb.
SİA-nın əldə etdiyi məlumata görə, BƏƏ-nin paytaxtı Əbu-Dabidə müdafiə sənayesi və dünyanın hər yerindən olan ölkələrin yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirakı ilə İDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı işə başlayıb.
Təşkilat Yaxın Şərq və Şimali Afrika (MENA) regionunda keçirilən yeganə beynəlxalq müdafiə sərgisi və konfransı kimi diqqət çəkir. Sərgidə quru, dəniz və hava hücumundan müdafiə sektorunda ən son texnologiyalar təqdim olunur.
Türkiyə sərgiyə 50-dən çox müdafiə sənayesi şirkəti ilə qatılıb.
Sərgidə Türkiyənin müdafiə sənayesi şirkətləri tərəfindən istehsal olunan müxtəlif pilotsuz quru və hava vasitələri, zirehli avtomobil platformaları, silah sistemləri, elektron sistemlər, sursatlar, simulyatorlar və logistik dəstək məhsulları təqdim olunur.
İDEX-in məqsədi müdafiə sənayesi şirkətləri ilə yarmarkada iştirak edən ölkələr arasında yeni layihələrlə əməkdaşlıq potensialının inkişafı və dərinləşdirilməsinə zəmin yaratmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB