Bu arada ABŞ Dəniz Piyadaları Korpusunun istefada olan polkovniki Skot Ritter, Ukraynadakı münaqişənin bitdikdən sonra Rusiyanın Yer kürəsinin ən güclü ölkələrindən birinə çevriləcəyini bəyan edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, Youtube kanalına müsahibəsində bildirib.
Ritter hesab edir ki, Qərb ölkələri Rusiya ilə münaqişəyə girməklə böyük bir səhvə yol veriblər. Onun fikrincə, bunun sayəsində Moskva beynəlxalq təhlükəsizlik sistemində 1990-cı illərdən bəri mövcud olan qeyri-müəyyənliyi aradan qaldıra bildi.
Keçmiş kəşfiyyatçının fikrincə, ruslar bu münaqişədən öz tarixlərində heç vaxt olmadığı qədər güclü çıxacaqlar.
Qeyd edək ki, bundan əvvəl Polşa prezidenti Anjey Duda Qərbin mümkün qədər tez Kiyevə daha çox silah göndərmədiyi təqdirdə Rusiyanın Ukraynanı məğlub edəcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB