Lavrov ilk dəfə Nuakşot şəhərinə səfər edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mavritaniyanın paytaxtı Nuakşot şəhərinə səfər edib. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu, Rusiya XİN rəhbərinin Mavritaniyaya ilk səfəridir.

Səfər çərçivəsində Lavrov ölkə Prezidenti Mohamed Ould Qazvani və xarici işlər naziri Mohamed Salem Uuld Merzouk ilə danışıqlar aparacaq. Danışıqlarda əsasən balıqçılıq mövzuları müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə