ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə polisə istinadən "Associated Press" agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, atışma şənbə günü gecə Beverli-Krest bölgəsində baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb. Agentlik bildirir ki, hərəkətdə olan avtomobildə olan üç nəfər həlak olub, dörd zərərçəkən xəstəxanaya çatdırılıb və onların vəziyyəti olduqca ağırdır.

Son günlər Kaliforniyada bir neçə atışma hadisəsi baş verib, nəticədə 21 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə