İtaliya ilə Liviya qaz hasilatına dair müqavilə imzalayıb

İtaliyanın “Eni” neft-qaz şirkəti və Liviyanın Milli Neft Korporasiyası (NOC) arasında təbii qaz hasilatına dair müqavilə imzalanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloninin Liviyaya səfəri zamanı imzalanan müqavilə çərçivəsində dənizdə qaz hasilatının artırılması nəzərdə tutulur. Qaz hasilatına 2026-cı ildə başlanması və gündəlik 750 milyon standart kubfut qaz səviyyəsinə çatdırılması planlaşdırılır. Müqavilə 8 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Baş nazir C.Melon Liviyanın İtaliya üçün prioritet ölkə olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə