İsveçin NATO-ya üzvlük prosesi dayandırılıb

İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük prosesinin müvəqqəti dayandırılması ilə bağlı açıqlama verib.

SİA-nın əldə etdiyi məlumata görə, T. Billström paytaxt Stokholmda 25 müsəlman ölkəsinin səfirləri ilə görüşdən sonra bu qənaətə gəlib.

Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar NATO-ya üzvlük prosesi hələki dayandırılır.

İsveçli nazir əlavə edib ki, bu ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində ölkəsinin bu təşkilata tamhüquqlu üzv olmasına ümid bəsləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə