Tokioda Qurani-Kərimin yandırılmasına etiraz edilib

Rasmus Paludanın İsveçdə Türkiyənin Stokholm səfirliyi qarşısında Quranı yandırmasına bütün dünyada reaksiyalar davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tokioda yaşayan müsəlman icmasının nümayəndələri paytaxtın Ropponqi ərazisində görüşüblər.

"Sakau" uşaq parkından hərəkət edən fəallar təkbir söyləyərək İsveçin Tokiodakı səfirliyinə doğru yürüş ediblər.

Yapon dilində “Qurana hörmət et” şüarının səsləndirildiyi nümayişdə bir gənc Qurandan ayələr oxuyub.

Səfirlik binasının yerləşdiyi küçəyə buraxılmayan nümayişçilər küçənin girişinə qara çələnglər qoyub, şəkil çəkdiriblər.

Tokio bölgə polisinin geniş təhlükəsizlik tədbirləri altında keçirilən nümayiş insidentsiz başa çatıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə