Zaporojye yaxınlığında güclü partlayışlar eşidilib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mütəxəssisləri Ukraynanın Zaporojye atom elektrik stansiyasının (AES) yaxınlığında güclü partlayışlar eşidiblər. SİA xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu partlayışlar AES-in yaxınlığında hərbi əməliyyatların aparıldığını göstərir. Partlayışların bəzilərinin Avropanın ən böyük atom elektrik stansiyasının yaxınlığında baş verdiyi qeyd olunur.

"Dünən yerli vaxtla saat 10:00 radələrində səkkiz güclü partlayış səsi eşidilib, nəticədə stansiyanın ofislərindəki pəncərələr silkələnib. Bu gün də partlayışlar eşidilib", - BAEA rəhbəri Rafael Qrossi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə