...Ukraynadakı böhranın diplomatik yolla həllində maraqlı olmayan Almaniya, ancaq onu gərginləşdirməyə hazırdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri yanvarın 25-də jurnalistlərə verdiyi açıqlamada Rusiyanın Berlindəki səfiri Sergey Neçayev verib.
Qeyd edək ki, rusiyalı diplomat Almaniyanın özünün “Leopard” tanklarını Kiyevə göndərmək qərarını belə şərh edib.
Neçayev, eyni zamanda, Almaniyanın ən yaxın müttəfiqlərinin də münaqişəni gərginləşdirməyə hazır olduqlarını bildirib.
“Qırmızı xətlər” artıq keçmişdə qalıb”, - deyə diplomatik nümayəndəliyin rəhbəri bildirib.
Xatırladaq ki, Almaniya hökuməti Berlinin Ukraynaya “Leopard “2 tankları göndərəcəyini təsdiqləyib.
Yeri gəlmişkən, bu arada Finlandiyanın da Kiyevə “Leopard” tanklarının tədarükündə iştirak edəcəyi bəlli olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB