Amerikanın Ukraynaya yeni yardım paketinə NASAMS hava hücumundan müdafiə sistemləri də daxil olacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yanvarın 20-də Pentaqonun mətbuat xidməti Ukraynaya dəstək üzrə təmas qrupunun iclasının yekunlarına dair xəbər yayıb.
Bundan əlavə, bu yardım paketinə 8 “Avengers” hava hücumundan müdafiə sistemi daxildir.
Yeri gəlmişkən bildirək ki, Amerikanın Kiyevə yeni yardım paketi təxminən 2,5 milyard dollar dəyərində qiymətləndirilir.
Qeyd edək ki, Pentaqonun məlumatına görə, ABŞ-da Cozef Bayden administrasiyası hakimiyyətə başlayandan bəri Ukraynaya təhlükəsizlik yardımı üçün ümumilikdə 27,4 milyard dollardan çox vəsait ayırılıb.
Bu arada Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius, “Leopard 2” tanklarının Kiyevə verilməsi ilə bağlı qərar hələ verilmədiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB