Tramp təşkilatı 1,6 milyon dollar cərimələnib

Tramp təşkilatı 1,6 milyon dollar cərimələnib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın daşınmaz əmlak şirkəti ötən ilin dekabrında fırıldaqçılıq və biznes qeydlərini saxtalaşdırmaqda təqsirli bilinib. SİA xarici mətbuta istinadən xəbər verir ki, 17 cinayətdə təqsirli bilinən Tramp təşkilatı 1,6 milyon dollar cərimələnib. Nyu-Yorkda mühakimə olunan şirkət vergidən yayınma ittihamı ilə maksimum həddinə məhkum edilib. Tramp məhkəmədə mühakimə olunmasa da, o, keçmiş prezidentlərin qanunsuz vergidən yayınması ilə bağlı hər hansı məlumatı təkzib edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə