Əlcəzairdə yaşayan Amaziq-Berberlər yerli təqvimlərinə görə 2973-cü ilə qədəm qoyublar. SİA xarici mətbuata istinadən xəbər verir ki, Amazinq-Berberləri Əlcəzairdə yaşayan Şimali Afrikanın ən böyük və köklü xalqlarından biridir. Rəvayətə görə, Amaziq-Berberlər 12 Yanvarı Yeni İl Günü (Yennayer), Berber Kralı Şişnakın Misir fironu II Ramzes üzərində qələbə qazandığı gün kimi hesab edirlər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə