İranda həyatını itirənlərin sayı 481 nəfərə çatıb

İranda həyatını itirənlərin sayı 481 nəfərə çatıb

Mərkəzi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) İranda keçirilən etiraz aksiyaları zamanı həyatını itirənlərin sayının 481 nəfərə yüksəldiyini açıqlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
İran İnsan Haqları Təşkilatının internet səhifəsində yayımlanan hesabatda həyatını itirən nümayişçilərdən 35-nin qadın, 64-nün isə 18 yaşdan kiçik olduğu bildirilib.

Ölkənin 31 əyalətindən 25-i ilə bağlı məlumatların yer aldığı hesabata əsasən, ən çox itki sünnülərin kompakt yaşadığı Sistan-Bəlucistan əyalətində qeydə alınıb.
Hesabatda Sistan-Bəlucistanda 131, Tehranda 56, Qərbi Azərbaycanda 54, Kürdüstanda 53, Mazandaranda 39, Gilanda 25, Kirmanşah və Elborzda 24, İsfahan, Xuzistan və Farsda 14, Rəzəvi Xorasanda 12, Şərqi Azərbaycanda 4, Zəncanda 3, Loristanda 3, Mərkəzidə 3 və Kazvində üç, Həmədanda 2, Kohgiluye-Buyer Əhməddə 2, İylamda 2, Ərdəbildə, Buşehrdə 2 və Hörmüzqanda 2, Simnanda 1 və Gülüstanda 1 nümayişçinin öldüyü bildirilir.
Hesabatda nümayişlər zamanı saxlanılanlardan azı 109-nun məhkəməyə göndərildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə