Avropada qazın qiyməti qalxır?

Avropada bazar ertəsi, yanvarın 9-da qazın birja qiymətləri 9,7 faiz artaraq min kubmetr üçün 832,1 dollar təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Prime” ICE birjasının məlumatlarına istinadən yazır.

Qeyd olunur ki, TTF indeksi üzrə fevral fyuçersləri hər min kubmetr üçün 773,6 dollar səviyyəsində ticarətə başlayıb. (+2 faiz).

Agentliyin məlumatına görə, Moskva vaxtı ilə saat 12:00-a qədər onlar “qırmızıya keçdilər və gündəlik minimum 752,1 dollara (-0,8 faiz) çatdılar”.

Eyni zamanda, birja ticarətinin bağlanmasına yaxın qiymətlər yenidən qalxmağa başlayıb. Onlar maksimum olaraq min kubmetr üçün 846,6 dollara (+11,6 faiz) yüksəlib.

Xatırladaq ki, birja kotirovkalarının dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə əsaslanır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə