Ukrayna ətrafında yaranmış vəziyyətə görə bu gün Qərb “dəhşətli vəziyyətdədir”(?).
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Yaponiyanın baş naziri Fumio Kişida NHK telekanalına müsahibəsində bildirib.
Onun dediyinə görə, Avropa İttifaqı ölkələri onilliklər ərzində Rusiyadan ucuz və sabit təchizata arxalanıb. Amma indi Rusiya Federasiyası və digər ölkələr “enerjidən silah kimi istifadə edirlər”.
Kişidanın sözlərinə görə, dünyada energetika sahəsində vəziyyət ciddi şəkildə dəyişir və “müxtəlif enerji resurslarının çatışmazlığı yaranıb. Bu vəziyyət istehsal strukturunun dəyişməsinə səbəb olub.
Avropanın onilliklər ərzində Rusiyadan sabit və ucuz enerji təchizatı əsasında həyat və istehsal haqqında düşündüyünü deyən siyasətçi, Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatının gələcəyin mənzərəsini kökündən dəyişdiyini və vəziyyəti “dəhşətli” etdiyini bildirib.
Maraqlıdır ki, Moskva enerji ehtiyatlarından silah kimi istifadə tezisini dəfələrlə rədd edib və Qərbi Rusiyaya qarşı “iqtisadi silah”dan istifadə etməkdə ittiham edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB