Belarusun Brest vilayətinin hərbi komissarı Oleq Konovalov Ukraynanın S-300 hava hücumundan müdafiə sistemi raketinin İvanovo rayonuna düşdüyünü təsdiqləyib, lakin yerli sakinlərin narahatlığına əsas olmadığını vurğulayıb.
Onun şərhini Brest Şəhər İcraiyyə Komitəsi Telegram-da dərc edib.
“Sakinlərin narahat olmasına qətiyyən ehtiyac yoxdur. Təəssüf ki, belə hallar olur”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu hərbi komissar bildirib.
Onun sözlərinə görə, baş verənlər bu yaxınlarda Polşada baş vermiş raket insidentinə çox bənzəyir.
Bundan əvvəl Belarus Müdafiə Nazirliyi Brest vilayətində düşən Ukrayna raketinin ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu bəyan edib. Onun fraqmentləri İvanovo rayonunun Qorbaxa kəndi yaxınlığındakı əkinçilik sahəsində aşkar edilib.
Qeyd edək ki, hazırda müstəntiq və hərbçilər hadisə yerindədir. Hadisə ilə bağlı prezident Aleksandr Lukaşenkoya məlumat verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB