Pakistanda partlayış, ölәn vә yaralananlar var

Pakistanda partlayış, ölәn vә yaralananlar var

Pakistanın Bəlucistan əyalətindəki mağazada qaz balonunun partlaması nəticəsində 12 nəfər ölüb, 13 nəfər ağır yaralanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hadisə ştatın Lasbela rayonunda insanların sıx olduğu küçədə baş verib.

Partlayış nəticəsində 12 nəfər həyatını itirib, 13 nəfər isə ağır yaralanıb.

Partlayış nəticəsində küçədəki 7 mağazada yanğın baş verib, 25 motosiklet və ətrafdakı tikililərə ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə