İranda təhsil dayandırılıb

İranın Elborz və Tehran əyalətlərində yüksək hava çirkliliyi və bütün qruplar üçün qeyri-sağlamlıq səviyyəsinə görə məktəblər bu gün və sabah bağlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, havanın çirklənməsi fövqəladə tədqiqat komissiyasının təsdiqi ilə Elborz vilayətinin bütün məktəbləri və Tehran vilayətinin bütün məktəbəqədər, ibtidai, orta və lisey məktəblərində təhsil iki gün müddətinə dayandırılıb.

İran Meteorologiya İdarəsinin Milli Hava Proqnozları və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Sadik Ziyayyan Tehran və Elborz əyalətlərində havanın çirklənməsinin bazar ertəsi gününə qədər davam edəcəyini açıqlayıb. Tehran və Kərəc şəhərlərində hava çirkliliyinin bütün qruplar üçün qeyri-sağlam həddə çatdığını bildirən Ziyayiyan, hava çirkliliyinin daha çox səhər saatlarında baş verdiyini və axşam saatlarında küləyin əsəcəyini gözlədiklərini bildirib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə