Mövlud Çavuşoğlu Əlcəzairə səfər edəcək

Mövlud Çavuşoğlu Əlcəzairə səfər edəcək

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasında qəbul edilən qərarların icrasını izləmək üçün yaradılan Birgə Planlaşdırma Qrupunun ilk iclasına həmsədrlik etmək üçün Əlcəzairə səfər edəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Xarici İşlər Nazirliyindən verilən bəyanatda nazir Mövlud Çavuşoğlunun Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasında qəbul edilən qərarların icrasını izləmək üçün yaradılan Birgə Planlaşdırma Qrupunun ilk iclasına həmsədrlik etmək üçün 10-11-də dekabrda Əlcəzairə səfər edəcəyi bildirilib.

Bəyanatda qeyd olunub ki, Mövlud Çavuşoğlunun Əlcəzairə səfəri çərçivəsində Əlcəzair Prezidenti Əbdülmecid Tebbun tərəfindən qəbul edilməsi və Əlcəzairin xarici işlər və xaricdəki milli icmalar naziri Ramtane Lamamra ilə görüş keçirməsi nəzərdə tutulur. Görüşlərdə ikitərəfli münasibətlər ilə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılacağı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə