Azərbaycan Nazirlər Kabinetinin 17 Mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, cari ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Yay vaxtına keçidləğv olunması ilə əlaqədar kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlib.
Bu məsələnin mərkəzləşdirilmiş qaydada "Windows" yeniləmələri vasitəsi ilə həll edilməsi üçün "Microsoft" şirkəti tərəfindən vəd edilmiş müvafiq yeniləmə təqdim edilib. Aşağdakı təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də Yay/Qış vaxtına keçidlə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür.
Şirkət tərəfində istifadəçilərə proqram təminatının yenilənməsi təklif edilir. Bu təklifi qəbul edənlərdə avtomatik yenilənmə həyata keçirilir. Yeniləmə bitdikdən sonra saat özü-özünü tənzimləyir. Böyük sistemi olan şirkətlər isə bunu iş vaxtı bitdikdən sonra etməlidir. Çünki Kompüterin bir neçə dəfə yandırılıb-söndürülməsi iş prosesinə mane ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB