Azərbaycanda Sim-katların onlayn-satış vaxtı açıqlanıb. SIA-nın xəbərinə görə, mobil operatorların Sim-kartların onlayn-satış sistemi Azərbaycanda bu ilin ortalarında istifadəyə veriləcək. Bu, "elektron hökümət" portalı vasitəsilə mümkün olacaq. Mənbə bildirib: "Layihənin texniki detalları iki operatorla razılaşdırılıb, indi üçüncü operatorla məsələni həll etmək qalıb. Sim-kartların onlayn-satış sistemi üzrə işlər artıq aktivləşdirilib, mayda sistemin mümkün olacağı nəzərdə tutulur". Sim-kartların elektron formada satışı ölkənin bütün mobil operatorları vasitəsilə həyata keçiriləcək.(trend)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...