“Bakcell” növbəti “Smart Start” təcrübə proqramına başlayır

"Bakcell" şirkəti 18-25 yaş arasındakı tələbə və məzunlar üçün təşkil etdiyi "Smart Start" təcrübə proqramının yeni mövsümünə başlayıb.

Bu proqram gənclərə şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləmək, telekommunikasiya sahəsi üzrə səmərəli iş təcrübəsi toplamaq imkanı yaradır.

Ənənəyə sadiq olaraq, şirkət təcrübə imkanlarını karyeralarının müxtəlif mərhələlərini keçən bütün şəxslər üçün təqdim edir. Bu ödənişli təcrübə proqramı iyul ayından sentyabr ayınadək davam edəcək. Ərizələr aprelin 20-dən mayın 10-dək təqdim edilməlidir. Mayın 16-dan iyunun 16-dək keçiriləcək ilkin seçim prosesində namizədlər sınaq və qrup müsahibələrinə dəvət olunacaqlar. Bundan sonra təcrübə keçənlərin seçimi üzrə komitə bütün uyğun namizədlərlə fərdi və sahələr üzrə müsahibələr keçirəcək. "Smart Start" proqramının uğurlu namizədləri iyulun 1-də elan ediləcək.

Təcrübə proqramında iştirak etmək üçün namizəd aşağıdakı keçiddən istifadə edərək ərizə formasını doldurmalıdır: http://developtalent.bakcell.com/az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...