Bakcell özünün korporativ müştərisi olan AzEduNet ilə əməkdaşlığı gücləndirir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkədə təhsil sahəsində ən böyük internet provayder olan AzEduNet şirkəti ilə uğurlu əməkdaşlığını davam etdirir. 2009-cu ildə iki şirkət arasında başlayan əməkdaşlıq bir sıra layihələrin ərsəyə gəlməsinə səbəb olub.

"O zaman Bakıda və regionlarda 40-a yaxın əməkdaşımızı mobil internet və mobil rabitə ilə təmin etmək üçün bizə geniş əhatə dairəsi və sərfəli qiymət təklif edə bilən mobil operator tələb olunurdu. Dəyərləndirdiyimiz şirkətlər arasında bu tələblərə ən yaxşı cavab verəni Bakcell idi. Biz korporativ tərəfdaş kimi "Bakcell"i seçməyimizdən məmnunuq. Çünki bu günə kimi Bakcell tərəfindən göstərilən xidmətin səviyyəsi, şəbəkənin keyfiyyəti və qiymət siyasəti korporativ abunəçi kimi bizi tam şəkildə qane edir",- deyə AzEduNet şirkətinin Şəbəkə Dəstəyi Departamentinin qrup rəhbəri Əli Həsənov bildirib.

Korporativ seqmentdə qurulan əməkdaşlıq yalnız mobil operator və müştəri münasibətləri çərçivəsində məhdudlaşmayıb və getdikcə daha böyük tərəfdaşlığa çevrilib. Əli Həsənov bu haqda belə deyir: "2013-cü ildən isə regionların ucqar kəndlərində yerləşən və heç bir telekommunikasiya vasitələri olmayan məktəbləri və "Distant təhsil" layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları Azərbaycan Təhsil Şəbəkəsinə qoşmaq məqsədini qarşıya qoyduq. Bunun üçün isə ölkənin ən ucqar yerlərində mobil rabitəni və müasir telekommunikasiya həllərini təmin edən mobil şəbəkəyə ehtiyacımız var idi. Bu layihənin yüksək texniki tələblərinə isə məhz Bakcell cavab verə bildi. Beləliklə, Bakcell ilə növbəti uğurlu əməkdaşlığımızın əsasını qoyduq".

Bu əməkdaşlıq sayəsində respublikanın texniki imkanların məhdud oldugu müxtəlif ucqar ərazilərində 500-dən artıq məktəb "Bakcell"in təqdim etdiyi 3G interneti vasitəsilə təhsil şəbəkəsinə qoşulub.

"AzEduNet şirkəti bizim təhsil sahəsindəki ən böyük tərəfdaşımızdır. Bakcell şirkəti hər bir korporativ müştəriyə fərdi yanaşır və onların istəklərinə uyğun olan ən yaxşı təklif hazırlayır. "AzEduNet"lə əməkdaşlığımız artıq 7 ildir ki, davam edir. Biz birlikdə ölkə ərazisində 500-dən artıq məktəbi internetə çıxışla təmin etmişik. Bu, çox uğurlu bir layihədir və biz gələcəkdə bu məktəblərin sayını artırmaq haqqında düşünürük",- deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

***

AzEduNet haqqında

AzEduNet 2004-cü ildə yaranıb. Fəaliyyətinin ilk illərində şirkət qabaqcıl informasiya texnologiyalarının Azərbaycan bazarına gətirilməsi ilə məşğul idi.

2008-ci ildən AzEduNet 2008-2012 illər üçün Azərbaycan Respublikasının təhsil sisteminin informatizasiyası üzrə Dövlət proqramında iştirak edir. Proqram çərçivəsində AzEduNet Azərbaycanda ən böyük korporativ şəbəkəni (Intranet) Azərbaycan Təhsil Şəbəkəsini yaradıb. Bu gün bu şəbəkəyə Təhsil Nazirliyi və onun tabeçiliyində olan 2000-ə yaxın təhsil idarələri, şöbələri, ali və orta məktəbləri qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...