“Franciscus” ləqəbi ilə “İnstagram”da səhifə işlədəcək
Roma Papası Fransisk martın 19-u "Franciscus" ləqəbi ilə "İnstagram"da səhifə işlədəcək. Bu barədə Vatikan radiosunda çıxışı zamanı kilsənin rəsmi nümayəndəsi Dario Viqano bildirib.
Daha əvvəl Roma Papası "İnstagram"ın yaradıcısı Kvin Sistromla qapalı görüş keçirmişdi. Sistrom görüş zamanı pontifikə "İnstagram"da paylaşılan ən yaxşı fotoşəkillərdən ibarət fotoalbom hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB